Maliyyə nazirliyi yazı müsabiqəsi elan etdi

Maliyyə nazirliyi yazı müsabiqəsi elan etdi
  03 İyun 2013    Oxunub:2619
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyası “Yaşayış evlərinin və mənzillərin icbari sığortası” mövzusunda jurnalistlər arasında məqalə müsabiqəsi elan edib.
Nazirlikdən AzVision.az-a verilən məluamata görə, müsabiqənin keçirilməsində məqsəd əhali arasında yaşayış evlərinin və mənzillərin icbari sığortasının mahiyyətinin təbliği, o cümlədən bu sığorta növünün faydası barədə məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqəyə göndərilən məqalələr qəzet, jurnal və internet media saytlarında dərc olunmuş, 12 ölçülü "Times New Roman" şriftində, 7 min çap işarəsindən az olmamalıdır. Məqalələr Azərbaycan və ya rus dilində son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Bir müəllif müsabiqəyə bir məqalə təqdim etməlidir. Yazıda Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. Məqalələr KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 5 iyun 2013-cü il tarixindən 10 iyul 2013-cü il tarixinədək Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin [email protected] elekton poçt ünvanına göndərilməlidir. Məqalələri, həmçinin Dövlət Sığorta Nəzarəti Xidmətinə (ünvan: Bakı şəh., C.Məmmədquluzadə küç., 71) təqdim etmək olar.

Qaliblərə mükafatlar təqdim ediləcək.

Mükafatlar:
- Birinci yer 1000 (min) AZN
- İkinci yer 750 (yeddi yüz əlli) AZN
- Üçüncü yer 500 (beş yüz) AZN
Bundan əlavə, digər 10 ən yaxşı yazı müəllifinə həvəsləndirici hədiyyələr veriləcək.
Müsabiqənin nəticələri 22 iyul 2013-ci il Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.
Əlaqə telefonu: 404 46 99 (əlavə 555).

AzVision.az



Teqlər:  





Xəbər lenti