Nazir: “Azərbaycanda texnoparklar şəbəkəsi yaradılır”

Nazir: “Azərbaycanda texnoparklar şəbəkəsi yaradılır”
  03 İyun 2013    Oxunub:1631
“Azərbaycanda İKT mühəndis və ekspertlərinin yetişdirilməsi üçün təhsilin inkişafı da nəzərdə tutulur”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O, bildirib ki, Azərbaycan - 2020 gələcəyə baxış inkişaf konsepsiyasında Azərbaycanın milli iqtisadi potensialını iki dəfə qeyri-neft sektorunun hesabına genişləndirməsi və bu istiqamətdə İKT rolunun, İKT sektorunun 4 dəfə genişləndirilməsidir:

“Bunun üçün də bir çox işlərə başlanılıb. Yəni burada əsas normal iqtisadi mühitin yaradılması, vəsait və investisiyaların təmin olunması və əsasən insan kapitalının inkişafıdır. Bu istiqamətdə artıq bir neçə addımlar atılıb. Bilirsiniz ki, Azərbaycanda texnoparklar şəbəkəsi yaradılır. Bu şəbəkələrə vəsait dəstəyi vermək üçün bir çox fondlar yaradılır. O cümlədən İKT üzrə fond da yaradılıb. Həmçinin Azərbaycanda İKT mühəndis və ekspertlərinin yetişdirilməsi üçün təhsilin inkişafı da nəzərdə tutulur”.

Anar


Teqlər:  





Xəbər lenti