“Azərbaycanın təcrübəsi dünya ictimaiyyətində maraq doğurur”

“Azərbaycanın təcrübəsi dünya ictimaiyyətində maraq doğurur”
  03 İyun 2013    Oxunub:1096
“Neft sahəsində Azərbaycanın təcrübəsi dünya ictimaiyyətində maraq doğurur”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, son 10 ildə neftdən gələn gəlirlərin düzgün istifadəsi, gələcəyin dayanıqlı iqisadi inkişafının təmin olunması kimi məsələlər əsas problemlərdəndi. Nazirin sözlərinə görə, bu istiqamətdə Azərbaycanda aparılan işlər və əldə olunan nailiyyətlər 1-ci Beynəlxalq Bakı Gəcələcək Forumu geniş müzakirə olunacaq.

“Burada çoxlu beynəlxalq təşkilatlarından tanınmış ekspertlər, alimlər dəvət olunub. Müzakirələrdən sonra isə alınan nəticələr və verilən tövsiyyələr dərindən öyrənniləcək. Hesab olunur ki, gələcəyin neftdən sonrakı inkişafında informasiya kommunikasiya texnologiyalarının rolu ən əsas yer tutacaq və bu istiqamətdə biz Azərbaycan - 2020 gələcəyə baxış inkişaf konsepsiyasında İKT-nin Azərbaycanın gələcək inkişafındakı rolunu xarici ekspertlər və həmkarlarımızla müzakirə etmək fikrindəyik.”

Anar


Teqlər:  





Xəbər lenti