Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
  03 İyun 2013    Oxunub:1157
Sabah gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri cənab Azad Rəhimov sabah, iyunun 4-də Şirvan şəhərində vətəndaşları qəbulu edəcək. Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11-00 -da Mərkəzi Mədəniyyət Evində (Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi ) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar mayın 27-dən başlayaraq müvafiq şəhər və rayonların gənclər və idman idarələrinə müraciət edirlər.

Qəbul üçün vətəndaşların qeydiyyatı bu gün, iyunun 3-də saat 18.00-da başa çatacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Şirvan şəhər Gənclər və İdman İdarəsi
Tel: 021-21-5-10-07
Mob: 050-551-71-97
E-mail: [email protected]

Hacıqabul rayon Gənclər və İdman İdarəsi
Tel: 021-20-4-23-34
Mob: 055-797-76-96
E-mail: [email protected]

Neftçala rayon Gənclər və İdman İdarəsi
Tel: 021-26-3-37-07
Mob: 050-320-42-42
E-mail: [email protected]

Saatlı rayon Gənclər və İdman İdarəsi
Tel:
Mob: 055-211-56-50
E-mail: [email protected]

Sabirabad rayon Gənclər və İdman İdarəsi
Tel: 021-23-5-62-63
Mob: 050/055-206-86-77
E-mail: [email protected]

Salyan rayon Gənclər və İdman İdarəsi
Tel: 021-25-5-27-80
Mob: 055-675-39-18
E-mail: [email protected]


Teqlər:





Xəbər lenti