Bu yollar bağlanacaq

Bu yollar bağlanacaq
  08 İyun 2015    Oxunub:2774
Bu gün Avropa Oyunları məşəlinin Bakıda gəzdirilməsi ilə əlaqədar bəzi yollar bağlı olacaq.
Baş Dövlət Yol Polis İdarəsindən (BŞDYPİ) AzVision.az-a verilən məlumata görə, bu gecə 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bundan başqa, Su İdman Mərkəzi istiqamətində, 20-ci sahə ətrafında yollar bağlı olacaq. Eləcə də, Heydər Əliyev adına İdman Kompleksinin yanı, Cəlil Məmmədquluzadə küçəsilə Tbilisi prospekti və Hənifə Ələsgərov küçələrində məhdudiyyət olacaq.

İdarədən bildirilib ki, Milli Gimnastika Arenasına gedən yol, Heydər Əliyev prospektinin “Koroğlu” metrosu, Tofiq Bəhramov adına stadion, “Gənclik” metrostansiyası və “Kristal zal” yaxınlığında maşınların hərəkətinə qadağa qoyulacaq.

Aeroport yolu, Buzovna, Novxanı-Sumqayıt yolu da bağlanacaq.


Teqlər:





Xəbər lenti