Məleykə Abbaszadə Göyçayda vətəndaşlarla görüşəcək

Məleykə Abbaszadə Göyçayda vətəndaşlarla görüşəcək
  03 İyun 2013    Oxunub:1336
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) sədri Məleykə Abbaszadə Göyçay və Şamaxı şəhərlərində vətəndaşları qəbul edəcək.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Göyçay şəhərində keçiriləcək qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Ağsu rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Şamaxı rayonunda keçiriləcək qəbulda Şamaxı, Qobustan, İsmayıllı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Göyçay şəhərində qəbul iyunun 5-də Göyçay Heydər Əliyev mərkəzində (H.Əliyev pr.,98) keçiriləcək.

Şamaxı şəhərində qəbul iyunun 7-də Şamaxı Heydər Əliyev mərkəzində (H.Əliyev pr.,27, İcra hakimiyyətinin yanı) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) vəya TQDK-nın Göyçay regional bölməsinə müraciət etmələri (əlaqə tel (020) 2746674) xahiş olunur.

Bundan əlavə, TQDK-nın Göyçay regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Ucar, Kürdəmir, Ağdaş, Ağsu, Qobustan, İsmayıllı, Şamaxı rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar:


Teqlər:





Xəbər lenti