Dollar qalxdı, avro ucuzlaşdı

Dollar qalxdı, avro ucuzlaşdı
  08 İyun 2015    Oxunub:3532
Bu gün iyunun 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb.
"AzVision.az"ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 8-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0005 manat və ya 0,05% bahalaşaraq 1,0487 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0106 manat və ya 0,9% ucuzlaşaraq 1,1645 manat olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti