Dustaqlar imtahan verdi

Dustaqlar imtahan verdi
  06 İyun 2015    Oxunub:1811
Bakıdakı cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmətin tabeliyindəki 1, 2, 7, 10, 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən 2014-2015 tədris ilinin yekunları ilə bağlı buraxılış imtahanları keçirilib.

Həmin müəssisələrdə fəaliyyət göstərən Təhsil Nazirliyinin 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərinin 9 və 12-ci sinif şagirdlərinin şəhadətnamə və attestatlara layiq görülmələri məqsədilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.


Teqlər:  





Xəbər lenti