SOCAR "Petkim"dəki payını satır

SOCAR "Petkim"dəki payını satır
  05 İyun 2015    Oxunub:2851
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Energy” "Petkim"də sahib olduğu payların bir qismini satışa çıxaracaq.
Şirkət İstanbul Fond Birjasına (Kamuoyunu Aydınlatma Platformu - KAP) rəsmi müraciət ediləcəyini açıqlayıb.

"SOCAR Türkiyə"nin KAP-a verdiyi açıqlamada bunlar qeyd edilib: "8 iyun tarixində və ya növbəti günlər ərzində əsas ortağı olduğumuz "Petkim" şirkətində sahib olduğumuz paylarımızın bir qisminin BIST Topdan Satış Bazarında satış əməliyyatını reallaşdırmaq üzrə Birja İstanbula müraciət ediləcəyini Sərmayə Bazarı Məclisinə bildiririk".

Xatırladaq ki, 1965-ci ildə qurulan Türkiyənin ilk neft-kimya konserni "Petkim" 30 May 2008-ci il tarixində reallaşan özəlləşdirmə tenderi nəticəsində "SOCAR Türkiyə"yə satılmışdı. Hazırda “SOCAR Türkiyə Enerji”in “Petkim”də payı 58%-dir.


Teqlər:





Xəbər lenti