Dövlətimizin başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar.
Dövlətimizin başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlətimizin başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.