Rusiya Ermənistanı satın alır

Rusiya Ermənistanı satın alır
  04 İyun 2015    Oxunub:2666
İran-Ermənistan "Meğri-Qacaran" təbii qaz kəməri Rusiyanın "Qazprom Armeniya" şirkətinə satılacaq.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın energetika və təbii ehtiyatlar nazirinin müavini Ara Simonyan bildirib.

Onun sözlərinə görə, hazırda bu sahənin 40 km-i "Yüksək gərginlikli Elektrik Şəbəkəsi" dövlət Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətidir və "Qazprom Armeniya" qaz kəmərinin həmin hissəsini icarəyə götürüb.

Qeyd edək ki, İran-Ermənistan təbii qaz kəməri 2007-ci ildə istismara verilib. İkitərəfli razılaşmaya əsasən, İranın veridyi bir kub metr təbii qazın qarşılığında Ermənistan 3kVt/saat elektrik enerjisi verir.


Teqlər:





Xəbər lenti