`Azərbaycanın 4 milyard ton nefti var` - Xoşbəxt Yusifzadə
O, qeyd edib ki, Azərbaycanın mənfəət nefti ilbəil artır. 2014-cü ildə yataqlar blokundan hasil edilən 34 milyon ton neftin 22,5 milyon tonu, yəni 66%-i Azərbaycanın mənfəət nefti olub.
Vitse-prezident qeyd edib ki, bu il iyunun 1-dək dünya bazarlarına 381 mln. ton neft ixrac olunub ki, bunun da 275 mln. tonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunan neftin payına düşüb.
X. Yusifzadə həmçinin bildirib ki, Babək, Naxçıvan, Zəfər-Məşəl, Araz-Alov-Şərq, Asiman-Şəfəq ehtiyatlarını hesabladıqda məlum olur ki, bu gün Azərbaycanın 6 trilyon kubmetr qaz və 4 milyard ton nefti var
Teqlər: