Bakıda bir gecədə iki qız itdi

Bakıda bir gecədə  iki qız itdi
  01 İyun 2013    Oxunub:1257
Onlardan biri 16, digəri isə 19 yaşındadır.
Xətai rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, ötən gün, gecə saat 22:30 radələrində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Bağırov Vasif Vaqif oğlu Xətai RPİ-nin 36-cı РВ-пэ ərizə ilə müraciət edib. Onunla eyni ünvanda yaşayan bacısı 1997-ci il təvəllüdlü Bağırova Türkan Vaqif qızı ötən gün saat 12:25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı barədə məlumat verib.

Faktla bağlı Xətai RPİ-nin 36-cı PB- də araşdırma aparılır.

Nəsimi rayon prokurorluğundan verilən məlumata görə isə ötən gün Bakı şəhəri, Nəsimi rayon sakini Süleymanova Məlahət Məhəmməd qızı rayon 19-cu РВ- ərizə ilə qızı, 1994-cü il təvəllüdlü qızı Süleymanlı Türkan İlqar qızının itkin düşməsi ilə bağlı müraciət edib. Qızının 30 may saat 21:00 radələrində işlədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Fimka" qadın geyimləri mağazasdan çıxaraq geri qayıtmadığını bildirib.



Teqlər:  





Xəbər lenti