Şeyxülislam Naxçıvanda məscid açılışında iştirak edib

Şeyxülislam Naxçıvanda məscid açılışında iştirak edib
  01 İyun 2013    Oxunub:1866
Culfa rayonunun Əbrəqunus kəndində yeni məscid istifadəyə verilib
Mayın 31-də Culfa rayonunun Əbrəqunus kəndində yeni məscid binası istifadəyə verilib.

AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış mərasimində iştirak edib. Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yeni tikilən məscid binasına baxıb, burada yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, sahəsi 306 kvadratmetr olan 1 minarəli məscid salon, axund otağı və kitabxanadan ibarətdir. Milli memarlıq üslubunda qurulan salonda eyni vaxtda 300-ə yaxın insan ibadət edə bilər. Binada müasir işıqlandırma sistemi quraşdırılıb, qadınlar üçün ayrıca ibadət yeri ayrılıb, mehrab qurulub. İki girişi olan məscid binasının günbəzi naxış və ornamentlərlə bəzədilib.



Teqlər:  





Xəbər lenti