`İran TANAP-a qoşula bilər` -Natiq Əliyev
"Əgər proseslər bu cür davam etsə, İran TANAP-a qoşula bilər və öz qazını Avropaya çıxarmaq imkanı əldə edər. Biz dəfələrlə şahidi olmuşuq ki, ABŞ Azərbaycanın enerji layihələrini dəstəklədiyini elan edib. Avropa İttifaqı da Azərbaycanın və digər Xəzəryanı ölkələrin neft-qaz layihələrini dəstəkləyir. Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç tez-tez bizim tədbirlərdə iştirak edir, daim bizə öz dəstəyini göstərir. Bununla yanaşı, o, Türkmənistan qazının Avropaya nəqli üçün də öz dəstəyini əsirgəmir", - deyə nazir bildirib.
N. Əliyev qeyd edib ki, böyük enerji resurslarına malik olan İraq da Azərbaycanla əməkdaşlıqda maraqlıdır və Avropanın enerji təhlükəsizliyinin artırılmasında böyük rol oynaya bilər: `İsrail və Kipr də öz qazını Azərbaycanın infrastrukturundan istifadə etməklə Avropaya ixrac edə bilər. Biz İsrail və Kiprlə də danışıqlar aparmışıq. Onlar da gələcəkdə Türkiyə ərazisindən keçən Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazlarını Avropaya çıxara biləcəklərini deyirlər".
Qeyd edək ki, TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
AzVision.az