Dollar yenə ucuzlaşdı

Dollar yenə ucuzlaşdı
  03 İyun 2015    Oxunub:1848
Bu gün iyunun 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb.
"AzVision.az"ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0012 manat və ya 0,11% ucuzlaşaraq 1,0484 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0226 manat və ya 1,97% bahalaşaraq 1,1696 manat olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti