`Dərmanların qiyməti tənzimlənəcək` - Əli Əhmədov

`Dərmanların qiyməti tənzimlənəcək` - Əli Əhmədov
  02 İyun 2015    Oxunub:2561
`Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin qaydaları müəyyən ediləcək`.
Bu sözləri Baş nazirin müavini, Əli Əhmədov bu gün jurnalistlərə verdiyi açıqlamasında deyib.
O qeyd edib ki, dərmanların qiyməti ilə bağlı işlərin böyük hissəsi görülüb. Bu sahədə insanları narahat edən problemlərin həll edilməsinə çalışılır:

“Həmin qaydalar əsasında da dərmanların qiymətləri tənzimlənəcək. Artıq işlərin əksər hissəsi görülüb, Əlbəttə qeyd etmək lazımdır ki, bu o qədər də asan deyil. Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı lazımi işlər görülür. Qaydalar qəbul olunandan sonra biz çalışacayıq ki, dərmanların qiymətləri sahəsində insanlarımızı narahat edən problemlər aradan qaldırılsın”.

AzVision.az


Teqlər:  





Xəbər lenti