AŞPA-da Azərbaycana dair hesabat təqdim olunacaq

AŞPA-da Azərbaycana dair hesabat təqdim olunacaq
  02 İyun 2015    Oxunub:1523
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası 22-26 iyun tarixlərində Strasburqda keçiriləcək.
AŞPA-nın rəsmi saytında yer alan məlumata görə, sessiyanın ilk günü Assambleyanın vitse-prezidentləri seçiləcək, komitələri tərkibində dəyişiklik ediləcək. Həmçinin Büro və Daimi Komitənin tərəqqi hesabatları təqdim olunacaq.

Bundan başqa, Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkilərində aparılan müşahidənin nəticələri müzakirə olunacaq, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak çıxış edəcək.

İyunun 23-də isə Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirələrin keçirilməsi planlaşdırılıb. Həmçinin AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski Azərbaycana dair məruzə təqdim edəcəklər.

Sessiya çərçivəsində Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı, dəyişən media mühitində media məsuliyyəti və etika məsələləri də diqqətdə olacaq.


Teqlər:





Xəbər lenti