Dollar düşdü, manat getdikcə bahalaşır

Dollar düşdü, manat getdikcə bahalaşır
  02 İyun 2015    Oxunub:3148
Bu gün iyunun 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb.
"AzVision.az"ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 2-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0496 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0023 manat və ya 0,2% ucuzlaşaraq 1,1470 manat olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti