Prezidentən DİN və MTN-ə tapşırıq

Prezidentən DİN və MTN-ə tapşırıq
  02 İyun 2015    Oxunub:2296
Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, fərmanın IV bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
“Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilir”.


Teqlər:





Xəbər lenti