Dağ kəndlərinə su çəkilir

Dağ kəndlərinə su çəkilir
  01 İyun 2015    Oxunub:1531
“Azərsu” ASC-nin Yardımlı rayonunun içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndlərinin - Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinin su təchizatının yaradılması layihəsinin birinci mərhələsinin icrası başa çatıb.
AzVision.az xəbər verir ki, Vərgədüz kəndində içməli suyun verilməsi ilə əlaqədar təşkil olunmuş tədbirdə İcra başçısı Sevindik Hətəmov çətin relyefə malik kəndlərin içməli su probleminin birdəfəlik həll edilməsini böyük hadisə adlandırıb.

Qurumun “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Yardımlı rayonunun ucqar kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə 2013-cü ilin yayında böyük bir layihənin icrasına başladıq. Bu gün artıq 4 kəndin sakinləri keyfiyyətli içməli su ilə təmin olunurlar, gələcəkdə onların sayı 15-ə çatdırılacaq”. Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırdılar.

Qeyd edək ki, “Azərsu” Füzuli, Tovuz, Zaqatala, Ağcabədi, Quba rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də layihələr icra edir və iyun ayında bu layihələrin bir çoxu yekunlaşacaq.


Teqlər:





Xəbər lenti