12 yaşlı rəssamın sərgisi keçirilib

12 yaşlı rəssamın sərgisi keçirilib
  01 İyun 2015    Oxunub:3662
Mayın 31-də İçəriŞəhərdə yerləşən “Natavan Galleri”də gənc rəssam, 12 yaşlı Ləman Əfəndiyevanın ilk fərdi sərgisi keçirilib.

`Evrika` liseyinin təşəbbüsü ilə baş tutatn sərgidə müəllifin 70-dən çox rəsm əsəri nümayiş olunub. “Lyaman’s World” adı altında təşkil olunan tədbirdə müxtəlif mövzularda kətan üzərində yağlı boya və kağız üzərində sulu boya ilə işlənmiş əsərlər sərgilənib.



Qeyd edək ki, Ləman Əfəndiyeva hələ kiçik yaşlarından peşəkar rəsm sənəti ilə məşğuldur. O, 2012-ci ildə Təhsil, Gənclər və İdman Nazirliklərinin keçirdiyi “Bayrağımız qürur mənbəyimizdir” rəsm müsabiqəsinin diplomantı adına layiq görülüb.



Bundan əlavə, L.Əfəndiyevanın çəkdiyi rəsm əsərləri 2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi “Sağlam yaşayaq, sağlam olaq” rəsm olimpiadasının, 2014-cü ildə Evrika liseyində keçirilən “Byraq mənliyimdir”, 2015-ci ildə Səhiyyə Nazirliyinin təşkil etdiyi “Sağlam, narkotikasız həyat seç” rəsm müsabiqələrinin fəxri fərmanları, sertifikatlarına layiq görülüb.




Teqlər:  





Xəbər lenti