İlham Əliyev eks-prezidentləri qəbul edib

İlham Əliyev eks-prezidentləri qəbul edib
  31 May 2013    Oxunub:970
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında mövcud dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı, bir sıra xorvat şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd edilərək iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi bildirildi.

Görüşdə, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Prezident həmçinin, mayın 31-də Bolqarıstan Respublikasının sabiq Prezidenti Georgi Pırvanovu qəbul edib.

Görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğu və mühüm əhəmiyyət daşıdığı vurğulandı, tədbirdə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Balkan ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirak etməsi Foruma olan beynəlxalq marağının göstəricisi kimi dəyərləndirildi.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın və Bolqarıstanın regional əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rolu qeyd edildi.


Teqlər:





Xəbər lenti