Rusiya Ukraynaya hərbi texnika yeridir

Rusiya Ukraynaya hərbi texnika yeridir
  26 May 2015    Oxunub:2621
Rostov vilayəti, Ukrayna sərhəddinin yaxınlığında Rusiyaya məxsus hərbi karvan, xüsusilə də “Uraqan” raket sistemi müşahidə olunur.
Karvanın fotolarını Reuters agentliyi yayıb. AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə nömrəsiz hərbi maşınlardan ibarət karvan mayın 24-də Matveev Kurqan şəhərinə, ordan isə Ukrayna sərhəddinə doğru hərəkət edib.

Rusiyapərəst separatçılar bazar günü Donetsk vilayətindəki Şirokino kəndi istiqamətində Ukrayna ordusunun mövqelərini atəşə tutublar.

Bir neçə saat davam edən döyüşdə 1 Ukrayna əsgəri həlak olub, 2-si isə yaqralanıb.

Ukrayna ordusunun məlumatına görə separatçılar sutka ərzində atəşkəs rejimini 16 dəfə pozublar.


Teqlər:





Xəbər lenti