Abutalıbov söz verdi: “100 faiz problem olmayacaq”

Abutalıbov söz verdi: “100 faiz problem olmayacaq”
  22 May 2015    Oxunub:2982
“Mənzili yanan sakinlərin yerləşməsi ilə bağlı heç bir problem yoxdur. Onlar yerləşdirildiyi yerdən razıdırlar”.

Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Bu gün yanan bina sakinləri ilə görüşəcəyini deyən H.Abutalıbov problemlərin həlli üçün əlindən gələni edəcəyini bildirib.

“Bu gün günorta saat 14.00-da Bakı şəhər İcra Hakimiyyətinin binasında Binəqədi rayonunda yanan binanın sakinlərini qəbul edəcəyəm. Dediyimiz arayışları onlar bizə tədqim edəcəklər. Bu arayışın əsasında biz də digər bir arayış yazıb onlara verəcəyik və onun əsasında banklardan pullarını alacaqlar. Dövlət tərəfindən ayrılmış vəsaitin hamısı bank vasitəsilə vətəndaşlara veriləcək”.

Məlum hadisədən sonra Bakıda binaların penoplast üzlüklərinin sökülməsi məsələsinə toxunan mer bildirib ki, təmir işləri I Avropa Oyunlarının açılış gününə kimi başa çatdırılacaq: “Ümumilikdə Bakı şəhərində binalarda aparılacaq təmir işlərini yüz faiz yekunlaşdıracağıq. Heç bir problem olmayacaq”

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti