“2-ci Alatava”nın yol bağlanıb

“2-ci Alatava”nın yol bağlanıb
  20 May 2015    Oxunub:2159
Bakıda “2-ci Alatava” küçəsi təmir işləri ilə əlaqədar bağlanıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən verilən məlumata görə, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri ilə əlaqədar 2-ci Alatava küçəsində bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Artıq küçədə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə küçənin 6750 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdiriləcək, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçiriləcək.

Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən “Şamaxinka” adlanan əraziyə qədər uzanır.

2-ci Alatava küçəsində təmit-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.

AzVision.az


Teqlər:





Xəbər lenti