Neftin qiyməti 80 dollar olacaq - İrandan proqnoz

Neftin qiyməti 80 dollar olacaq - İrandan proqnoz
  18 May 2015    Oxunub:2181
İrana qarşı sanksiyaların ləğv edilməsindən sonra üç ay ərzində İslam Respublikası gündəlik 2,5 milyon barel neft hasil edəcək.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İranın neft nazirinin müavini Roxnəddin Cavadi bildirib.

Nazir müavini həmçinin vurğulayıb ki, 2016-cı ilin sonlarına qədər neftin qiyməti bir barelə görə 80 dollar səviyyəsinə qalxa bilər.
İranlı məmur ölkəsinin neft tədarükünün 50 faizi Asiya ölkələrinin payına düşəcəyini də açıqlayıb.

Jurnalistlərin “neftin qiymətinin sabit saxlanılması üçün OPEK hasilatı azaldacaqmı” sualını Cavadi belə cavablandırıb: “Mən belə düşünmürəm”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti