Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
  16 May 2015    Oxunub:1666
2015-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 12,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 1333,0 manat və ya ayda orta hesabla 333,3 manat təşkil edib.
Bu haqda məlumat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytında yer alıb. Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,3 faiz bəndi üstələyərək 4,4 faiz olub.

Bu dövr ərzində gəlirlərin 74,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 13,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 11,4 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti