Pensiyalar vaxtından əvvəl verildi

Pensiyalar vaxtından əvvəl verildi
  15 May 2015    Oxunub:2273
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən xəbərə görə, fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi mayın 14-nə tam yekunlaşıb.

Ümumilikdə cari ilin 4 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 4 ayı ərzində fondun gəlirləri 988,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,3% və ya 31,5 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0% artaraq 564,5 mln. manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 370,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3% və ya 31,5 mln. manat çoxdur. Cari ilin 4 ayı ərzində fondun xərcləri 965,7 mln. manat olub və bunun 949,3 mln. manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Qeyd edək ki, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6%-ni yaşa görə, 28,5%-ni əlilliyə görə, 10,9%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti