Ayrılığı kim necə yaşayır?

Ayrılığı kim necə yaşayır?
  29 May 2013    Oxunub:1309
Ciddi münasibətlər üçün nəzərdə tutulmuş “eDarling” tanışlıq saytı öz istifadəçiləri arasında sorğu keçirib.
Sorğunun keçirilməsində məqsəd müxtəlif ölkələrdən olan kişi və qadınların sevgililərindən ayrıldıqdan sonra depressiyadan necə çıxdıqlarını aydınlaşdırmaqdır. Məsələn, kobud İtalya kişiləri gözəllik salonuna getməyi xoşlayırlar, zərif fransız xanımları isə təskinliyi içki şüşəsində tapırlar.

Almaniya və Avstriyada şəxsi münasibətlərdə problem yaşayan kişilərin 12 %-i, qadınların isə 4 %-i onları içkinin köməyi ilə həll etməyə çalışırlar. İsveçrənin alman dilində danışan hissəsində vəziyyət daha dramatikdir: burada sevgilisindən ayrıldıqdan sonra içki içən kişilər qadınlardan 4,5 dəfə çoxdur. Rusiyada bu göstərici qismən azdır. Yalnız 11 % kişi və 3 % qadın uğursuz sevgilərini unutmaq yolunu spirtli içkilərdə görür.

Uğursuz sevgiyə görə yaranan depressiya ilə mübarizənin sağlamlığa zərəri olmayan üsulları vardır. Onlardan biri - gözəllik salonuna getməkdir. Çünki depressiya yaşayanların çoxu qadınlardır.

Maraqlıdır ki, Rusiyada öz emosional vəziyyətini gözəllik salonunun köməyi ilə yaxşılaşdırmağa çalışan qadınların sayı İsveçrə, İtaliya, İsveç və Fransadakılardan daha çoxdur. Rusiyada zərif cinsin təxminən 35 % nümayəndəsi şəxsi problemlərini həll etmək üçün bu strategiyadan istifadə edir.

İtaliyada öz problemlərini bərbər stulunda unutmağa çalışan kişilər digər Avropa ölkələrinə nisbətən 2 dəfə çoxdur. Bundan başqa, İtaliya yeganə Avropa ölkəsidir ki burada gözəllik salonlarının çoxu kişilərə xidmət edir. Burada əsas motiv görünüşü zahirən dəyişmək yenidən özünü cazibədar hiss etməyə kömək edəcək.

Buradan belə nəticəyə gəlmək olar ki, sevgilisindən ayrıldıqdan sonra insanlar çətin anlarını unutmaq üçün nəinki zahiri görünüşə diqqət etməli, eyni zamanda daxili vəziyyətini də qaydaya salmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti