Dollar bahalaşdı, avro isə ucuzlaşdı

Dollar bahalaşdı, avro isə ucuzlaşdı
  12 May 2015    Oxunub:1957
Bu gün mayın 8-i (son rəsmi məzənnə 8-12 tarixləri üçün müəyyənləşib) ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 12-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0484 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0045 manat və ya 0,38% ucuzlaşaraq 1,1697 manat olub.

Azvision.az


Teqlər:  





Xəbər lenti