Neft ucuzlaşdı

Neft ucuzlaşdı
  11 May 2015    Oxunub:1634
Bu gün neftin dünya bazarlarında qiyməti qismən düşüb.
AzVision.az xəbər verir ki, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qismən ucuzlaşma qeydə alınıb.

Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar azalaraq 59,22 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,06 dollar azalaraq 66,33 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti