İran Azərbaycanla yaxınlaşmaq istəyir

İran Azərbaycanla yaxınlaşmaq istəyir
  09 May 2015    Oxunub:1748
İranın neft şirkətləri Azərbaycanın həyata keçirdiyi beynəlxalq neft və qaz layihələrində iştirak etməyə hazırdır.
Bunu İranın neft naziri Bijən Namidar Zəncani 20-ci neft-qaz sərgisində deyib: "İran neft sahəsində Azərbaycanla yanaşı, İraq və Türkmənistanla da əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq İrana neft hasilatı üçün texnologiyanın yenilənməsinə yardım edə bilər."

O, qeyd edib ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar aradan qaldırılan kimi rəsmi Tehran regionda reallaşdırılan beynəlxalq enerji layihələrində iştirak edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti