Şamaxıda dəhşətli qəza: Ölən var

Şamaxıda dəhşətli qəza: Ölən var
  09 May 2015    Oxunub:1799
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ” markalı minik avtomobilinin sürücüsü Həsənov Nizami Müseyib oğlu xəsarət alaraq nəqliyyat vasitəsində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər N.Həsənovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:49-da başa çatıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti