BP təkzib etdi: qəza olmayıb

BP təkzib etdi: qəza olmayıb
  08 May 2015    Oxunub:1878
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində heç bir qəza baş verməyib.
Bu barədə BTC-nin operatoru olan BP şirkətindən deyilib.

Şirkətdən bildiriblər ki, bəzi KİV-lərin boru kəmərində qəza baş verməsi ilə bağlı yaydığı məlumatlar həqiqətəuyğun deyil.

Şirkətdən qeyd ediblər: "Neft dağılmalarının qarşısını almaq üçün onun çıxarılması məqsədilə boru kəmərində nasoslar quraşdıran şirkətin press-relizində deyilirdi ki, BTC-nin istismara verilməsindən etibarən onun işi heç vaxt dayanmayıb. Hər 6 aydan bir aparılan profilaktik işlərin həyata keçirilməsi zamanı müəyyən edilib ki, nasoslardan biri zibillə dolub. Nasosun işi 3 həftə ərzində bərpa edilib. Bu, boru kəmərinin işinə heç cür təsir etməyib".(Trend)


Teqlər:  





Xəbər lenti