Dollar kreditlərinin taleyi yaxın günlərdə məlum olacaq

Dollar kreditlərinin taleyi yaxın günlərdə məlum olacaq
  07 May 2015    Oxunub:2908
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun dollar kreditlərinin hansı məzənnə ilə qaytarılmasını aydınlaşdırmaq üçün iclası keçirilib.
İclasda Ombudsman Aparatının nümayəndəsi Mahir Məmmədov, Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayev, ekspert qismində BDU-nun dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, Milli Məclisin şöbə müdiri Rövşən Muradov iştirak ediblər.

Prosesdə tərəflər dinlənilib və Konstitusiya Məhkəməsinin baş hakimi bildirib ki, yaxın günlərdə dollar kreditləri ilə bağlı qərar açıqlanacaq.

Qeyd edək ki, məhkəmədə tərəflər Göyçay Rayon Məhkəməsi, Ombudsman Aparatı, qarşı tərəfdə isə Azərbaycan Mərkəzi Bankı və Milli Məclis olub. Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti