Neftin qiyməti ilin rekordını qırdı - 69 dollar

Neftin qiyməti ilin rekordını qırdı - 69 dollar
  06 May 2015    Oxunub:3078
Bu gün neftin qiyməti 69 dollara yüksələrək illik rekordunu qırıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,52 dollar artaraq 61,92 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,56 dollar artaraq 69,08 dollar olub.

Qeyd edək ki, ötən ilin dekabr ayından bu günə qədər Brent neftin qiyməti 66 dollar həddini aşa bilməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti