Avropa Oyunlarında işıq problemi olmayacaq

  05 May 2015    Oxunub : 1296
Avropa Oyunlarında işıq problemi olmayacaq
“Azərişıq” ASC “Bakı-2015 I Avropa Oyunları”nın keçiriləcəyi obyektlərin fasiləsiz,dayanıqlı və etibarlı elektrik enerjisi ilə təhcizatına tam hazır olması ilə bağlı məlumat yayıb.
Azərişıqdan AzVision.az-a verilən məlumata görə, əsas tədbirlərin keçiriləcəyi Olimpiya stadionunun elektrik təhcizatı üçün uzun müddət istismarda olan 35/6 kv-luq 19 və 35 saylı yarımstansiyalar sökülərək yerində qapalı tipli yeni yarımstansiyalar inşa edilib.

35/6 kv-luq “Koroğlu” və 35 saylı yarımstansiyaları “Olimpiya stadionu” yarımstansiyası ilə 35 kv-luq kabel xətləri ilə əlaqələndirilib. Olimpiya stadionunun elektrik təhcizatı bir-birindən asılı olmayan 4 müxtəlif 220 kv-luq güc mərkəzlərindən qidalanan 110 kv-luq yarımstansiyaların 35 kv-luq şəbəkəsi ilə təchiz olunur.

Azərişıq” ASC-də “Bakı-2015 1-ci Avropa Oyunları”nın keçiriləcəyi obyektlərin fasiləsiz, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təhcizatını təmin etmək məqsədilə xüsusi plan təsdiq olunub və əməkdaşların əks-qəza məşqlərinin keçirilməsi də intensivləşdirilib.

Teqlər: