Azərbaycanın `qara qızıl`ı ucuzlaşır

Azərbaycanın `qara qızıl`ı ucuzlaşır
  04 May 2015    Oxunub:1947
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzVision.az-a verilən məlumata görə, London birjasında ötən həftə keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,31% və ya 0,21 dollar enərək 66,66 dollar olub.

Dünya bazarlarında da neftin qiyməti düşüb. Belə ki, “Brent” markalı neftin iyun fyuçersinin dəyəri 0,48 faiz azalaraq bir barelə görə 66,46 dollara düşüb.

“WTI” markalı neftin iyun fyuçersinin dəyəri 0,81 faiz azalaraq bir barelə görə, 59,15 dollara düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti