“Qarabağda müharibə olarsa hamı uduzacaq”

“Qarabağda müharibə olarsa hamı uduzacaq”
  01 May 2015    Oxunub:2596
“Qarşılıqlı güzəştlər olmasa DağlıqQarabağ münaqişənin həlli, çətin ki, mümkün olsun və barışıq yollarının axtarışı üçün Ermənistanda, Azərbaycanda və Qarabağda vətəndaş cəmiyyətlərinin işini davam etdirmək lazımdır”
Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber deyib. Onun sözlərinə görə, son nəticədə münaqişənin həlli sıravi vətəndaşlardan asılı olacaq: “ Hələlik isə biz tənzimlənmə haqqında danışa bilmərik”.

Diplomat eyni zamanda Minsk Qrupunun strukturunun dəyişdirilməsi və ya tənzimlənmə üçün digər vasitəçilərin cəlb edilməsinə də münasibət bildirib: “ Çətin ki, bu mümkün olsun. Minsk Qrupunun həmsədrləri 20 ildən çoxdur bununla məşğuldurlar, onlar bu müddət ərzində təcrübə qazanıblar və müxtəlif təkliflər hazırlayıblar. Bunlardan imtina edib, hər şeyə sıfırdan başlamaq, çətin ki, mümkün və səmərəli olsun”.

Münaqişənin nizamlanmasında Aİ-nin roluna gəlincə diplomat: “ Brüssel münaqişə tərəfləri arasında etimad tədbirlərinin və əlaqələrin möhkəmlənməsinə yönəlmiş layihələri və tədbirləri dəstəkləməyə hazırdır. Razılıq əldə edilərsə, Aİ hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması üçün vəsait ayıracaq” - deyə o bildirib.

Münaqişənin hərbi yolla həlli haqqında suala cavabda Zalber bildirib ki, bu, həddindən artıq risklidir: “ Hərbi əməliyyatlar bərpa edilərsə, hamı uduzacaq”.



contact.az


Teqlər:





Xəbər lenti