`Bu, insanların həyatına təhlükədir` - Rövnəq Abdullayev
“Həmin ərazidə "Azəriqaz" İstehsalat Birliyinin qaz kəməri keçmir. Həmin ərazidə yerin altından sızan şist qazıdır və bu, təbii prosesdir. Orada palçıq vulkanları var. Bundan "Atəşgah" məbədində də var. Abşeronda çox yerdə analoji qaz sızmaları var", - deyə SOCAR prezidenti qeyd edib.
O bildirib ki, SOCAR hər zaman mədən ərazilərində yaşayış evlərinin tikilməsinə qarşı mübarizə aparıb, çünki bu, insanların həyatı üçün olduqca təhlükəlidir. (Apa)