Nazirlik fermerlər üçün yeni qaydalar hazırladı

Nazirlik fermerlər üçün yeni qaydalar hazırladı
  28 Aprel 2015    Oxunub:1811
Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin yeni qaydaları hazırlanıb.
Bu barədə AzVision.az-a KTN-dan məlumat verilib.

Nazirlikdən bildirilir ki, qaydaların layihəsi artıq Nazirlər Kabinetinə təqdim olunub və ictimai müzakirələrə çıxarılmaq məqsədilə layihə nazirliyin rəsmi veb-saytında da (www.agro.gov.az ) yerləşdirilib.


Teqlər:  





Xəbər lenti