Azərbaycanda yeni neft quyusu istismara verilib

Azərbaycanda yeni neft quyusu istismara verilib
  26 Aprel 2015    Oxunub:2463
BP şirkəti Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunda yeni quyunun istismara verilməsi üzrə bütün işləri başa çatdırıb.
AzVision.az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

BP AÇG yataqlar blokunun işlənməsinin operatorudur.

Mənbə qeyd edib ki, J08 quyusu qazılaraq istismara verilib: "Quyudan artıq ilk neft əldə edilib. Yeni quyu platformadan hasilatın səmərəliliyini daha da artırmağa imkan verəcək. Platforma planlaşdırılan rəqəmi 11,8 faiz üstələyir.

Qeyd edək ki, quyunun qazılması AÇG blokunda neft hasilatını artırmağı nəzərdə tutan "Chirag oil project" layihəsi çərçivəsində "Qərbi Çıraq" platformasında aparılıb.


Teqlər:





Xəbər lenti