WİZZ Air yenidən Azərbaycana qayıdır
Şahin Mustafayev Azərbaycan Prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən WİZZ Air aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirib. Piter Siyyarto Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin regionda Avropa Birliyinin etibarlı tərəfdaşına çevrilməsinin Macarıstanda böyük məmnunluqla qarşılandığını xüsusi qeyd edib, yalnız birgə komissiyanın həmsədri kimi deyil, xarici işlər naziri kimi də ölkəsi adından bu prosesi daim dəstəklədiyini və dəstəkləyəcəyini bildirib. Tərəflər Macarıstanla Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq sazişinin qarşılıqlı münasibətləri bütün sahələr üzrə daha yüksək səviyyəyə qaldırmaq baxımından geniş imkanlar açdığını vurğulayıblar.
Macarıstan Milli İqtisadiyyat nazirliyində nazir Mihal Varqa ilə keçirilən görüş zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Bu gün isə Macarıstan paytaxtında iki ölkə rəsmilərinin iştirakı ilə birgə iqtisadi komissiyanın iclası, habelə biznes dairələrinin görüşü keçiriləcək.