İcra başçılarının fəaliyyəti yoxlanılacaq

İcra başçılarının fəaliyyəti yoxlanılacaq
  16 Aprel 2015    Oxunub:3145
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatadan AzVision.az-a bildiriblər ki, iclasda Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Bakı şəhəri Xətai rayonu və Xızı rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, həmçinin digər mənbələrdən daxilolmaların icrasına dair audit proqramı təsdiq edilib.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/846985


Teqlər:  





Xəbər lenti