Neftin qiymətinin düşməsi SOCAR-a cüzi təsir edib

Neftin qiymətinin düşməsi SOCAR-a cüzi təsir edib
  15 Aprel 2015    Oxunub:1508
Neftin aşağı qiymətləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) gəlirlərinə cüzi təsir edib.
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda "Caspian European Club"un iclasında deyib.

Onun sözlərinə görə, bu, SOCAR-ın öz neftinin böyük hissəsini daxili bazara göndərməsi ilə izah edilir: "Hasil edilən neftin 72 faizini daxili bazara göndəririk, 28 faizi isə ixrac edilir. Daxili bazarda tələbatı qarşılamaq üçün neft əsasən emala göndərilir. Azərbaycanda neft və qaz qiymətləri dövlət tərəfindən tənzimlənir".

Qeyd edək ki, ötən il şirkətin gəlirləri 40 milyard manat, mənfəəti isə 1,1 milyard manat olub.


Teqlər:





Xəbər lenti