Bakıda daha bir yol təmir edilir

Bakıda daha bir yol təmir edilir
  15 Aprel 2015    Oxunub:1500
Yasamal rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb.
AzVision.az-ın "Azəryolservis" ASC-yə istinadən məlumatına görə, hazırda səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir. Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra köhnə asfalt-beton örtüyü yenilənəcək.

Yaxın zamanlarda tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq. Hazırda tikinti altına düşən maneələrin köçürülməsi üçün aidiyyatı qurumlarla birgə işlər aparılır.


Teqlər:





Xəbər lenti