Deputat Mərkəzi Bankı təndiq etdi

Deputat Mərkəzi Bankı təndiq etdi
  14 Aprel 2015    Oxunub:2502
“Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətinə yenidən baxmalı və onu dəyişməlidir”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın açıqladığı hesabat da onun valyuta ehtiyyatlarının azalmasını göstərdi və əgər belə davam edərsə, Mərkəzi Bank məzənnə siyasətini dəyişməzsə onun valyuta ehtiyatları tükənə bilər:

"Mərkəzi Bank yumşaq devalvasiya siyasətini yavaş-yavaş həyata keçirməlidir ki, 5-6 ay sonra ciddi problemlə üzləşməyək. Mərkəzi Bank məzənnnə siyasətini valyuta ehtiyatlarını qoruya biləcək məzənnə siyasətinə dəyişməlidir. Ancaq çox təəssüflər olsun ki, hələlik mən Mərkəzi Bankın nə etmək istədiyini başa düşə bilmirəm. Bu qurum, nəhayət, ciddi addımlar atmalıdır"

Milli Məclisin üzvü qeyd edib ki, son zamanlar Azərbaycandan xaricə valyuta axını var və Mərkəzi Bank bununla da bağlı iş görməlidir.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti