Muzdla işləyənlər nə qədər maaş alır?

Muzdla işləyənlər nə qədər maaş alır?
  14 Aprel 2015    Oxunub:1840
2015-ci il martın 1-nə olan statistikaya görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1514,1 min nəfər olub.
Onlardan 880,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 633,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, muzdla işləyənlərin 22,3 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,5 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.

Komitədən onu da bildiriblər ki, 2015-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti