TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi
  13 Aprel 2015    Oxunub:2091
Ali təhsil müəssisələrinə I,II,III və IV ixtisas qrupları üzrə ərizə qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tərəfindən səhifəmizə ünvanlanan çoxsaylı müraciətləri nəzərə alaraq SQK-ların ünvanlarını təqdim edirik:

Bakı şəhəri üzrə.
1.Bakı Dövlət Universiteti
2.Azərbaycan Texniki Universiteti
3.Azərbaycan Dövlət Pedaqoji Universiteti
4.Azərbaycan Turizm və Menecement Universiteti
5.Azərbaycan Müəllimlər İnstitutu
6.Qafqaz Universiteti
7.Xəzər Universiteti
8."Azərbaycan" Universiteti
9.Bakı Biznes Universiteti

Regionlar üzrə.
1.Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
2.Gəncə Dövlət Universiteti
3.Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
4.TQDK-nın Naxçıvan MR Regional Bölməsi
5. Sumqayıt Dövlət Universiteti
6. TQDK-nın Lənkəran Regional Bölməsi
7. Mingəçevir Politexnik İnstitutu
8. Azərbaycan Müəllimlərin İnstitutunun Şəki, Qazax, Ağcabədi, Cəilabad, Quba, Şamaxı və Zaqatala filialları

Ərizələrini SQK-da təsdiq elətdirməli olan əcnəbilər və vətəndaşlığı olmayan gənclər, həmçinin xaricdə təhsil almış Azərbaycan vətəndaşları ərizələrini TQDK-da və onun Naxçıvan, Gəncə, Lənkəran,Xaçmaz, Şəki, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində təsdiq etdirə bilərlər.

Gürcüstanda yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər institutunun Qazax filialında yaradılmış SQK-da təsdq elətdirə bilərlər.

Qeyd edək ki, Ərizə qəbulunun tam mətni, Elektron ərizə verən abituriyent üçün təlimat, tələb olunan sənədlər, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci sayında təqdim olunub.


Teqlər:





Xəbər lenti